AZ | RU




SON XƏBƏRLƏR










  PENETRON ADMİKS


Betona hidroizolyasiya əlavəsi ТУ 5745-001-77921756-2006

Təsvir. Tikinti üçün istifadə olunan quru qarışıq maddə xüsusi sementdən və patentləşdirilmiş kimyəvi əlavələrdən ibarətdir.

Təyinatı. Hidrotexniki betonun əldə edilməsi üçün istifadə olunur. Betonlaşdırma dövründə beton və dəmir-beton konstruksiyalarının suyu buraxmamasını təmin edir; beton və dəmir-beton məmulatların istehsalatı üçün istifadə olunur. Betonun suyu buraxmamaq və şaxtaya dözümlülük göstəricilərini yüksəldir. Konstruksiyanı təcavüzkar mühitlərin təsirindən qoruyur: turşulardan, axar və yeraltı sulardan, dəniz suyundan müdafiə edir.

Xüsusiyyətləri.
- 0,4 mm eni olan çatlara məxsus olan monolitli, yığımlı beton və dəmir-betonlu konstruksiyaların suyun buraxılmaması üçün istifadə olunur

- Beton hazırlanmasında (plastifikasiya, şaxtaya qarşı və s.) qatqı kimi istifadə oluna bilər

- Material ekoloji cəhətdən təmizdir, radioaktiv cəhətdən təhlükəsizdir. Təsərrüfatda içməli su təchizatında istifadə edilməsi üçün icazə verilir. Tikintidə istifadə üçün sertifikatlaşdırılıb.

Diqqət! Penebar hidroüzlüyü çatların, tikişlərin, qoşmaların, bitişiklərin, kommunikasiya xəttlərinin hidroizolyasiyası üçün istifadə olunur.

 
İstehsalçının zəmanəti. Hidroizolyasiya materiallarının “Penetron” zavodu Penetron Sisteminin materiallarının 5745-001-77921756-2006 Texniki Şərtlərinə, “Penetron quru qarışıq maddələr,hidroizolyasiya dispersli sistemləri”, və bundan başqa bütün müasir standartlara uyğun olmasını zəmanət edir.  Hidroizolyasiya materiallarının “Penetron” zavodu zəmanət edir ki, Penetron sisteminin materialları bütün komponentləri onların uyğun olan proporsiyasını tərkibində saxlayır. Penetron sisteminin materiallarından istifadə olunması hidroizolyasiya materiallarının istifadəsinə aid olan Texnoloji Reqlamentə əsasən həyata keçirilməlidir.