AZ | RU




SON XƏBƏRLƏR










  TƏTBİQ QAYDALARI


Səthin hazırlanması

Beton səthini tozdan, çirkdən, neft məhsullarından, sement südündən, torkretdən, ştukatur layından, plitkadan, boyadan və Penetron sisteminin materiallarının fəal kimyəvi komponentlərinin keçməsinə mane olan bütün materiallardan təmizləyin.

Beton səthlərinin təmizlənməsini yüksək təzyiqli su qurğusunun köməyi ilə və ya başqa əlverişli mexaniki üsulla həyata keçirmək olar ( məsələn, metallik saplı şotka ilə). Düz və cilalanmış səthləri zəif turşu məhlulu ilə təmizləyin və bir saat ərzində su ilə yuyun. Yüksək təzyiqli su qurğusunun istifadəsindən sonra üfüqi səthdə yaranan suyun çoxluğunu xüsusi tozsoranın köməyi ilə götürün.

Çatların, tikişlərin, qoşmaların bitişiklərin bütün uzunluğuna görə və kommunikasiyaların daxil olunmasının ətrafında  «П»-oxşar konfiqurasiyalı ştrabları 25х25 mm kəsişi ilə quraşdırın. Ştrabları metallik saplı fırça ilə təmizləyin. Betonun yumşaq layını ləğv edin (əgər varsa).

Dəlikləri xüsusi (otboynıy) çəkicin köməyi ilə 25 eninə və 50 mm dərinliyinə içərisinin genişləndirilməsi ilə (“qaranquş quyruğu” formasında) emal edin. Axının daxili hissəsini yumşaq, laylanmış betondan təmizləyin.

Diqqət! Penetron sisteminin materiallarının qoyulmasından əvvəl betonu əsaslı surətdə sulamaq lazımdır ki, beton strukturu su ilə dolsun.

       

Qarışıq maddələrin hazırlanması

Penetron: Quru qarışıq maddəni su ilə aşağıdakı proporsiyada qarışdırın: 400 qram su 1 kq «Penetron» materialına və ya suyun 1 hissəsi həcminə görə «Penetron» materialının iki hissəsinə qarışdırın. Suyu quru maddəyə tökün (əksinə isə - yox). Əl ilə və ya xırda dövriyyəli drel ilə 1-2 dəqiqə qarışdırın. Hazırlanan maddənin xarici görünüşü - duru, xamayaoxşar məhluldur. Məhlulun elə miqdarını hazırlamaq lazımdır ki, 30 dəqiqə ərzində istifadə edilsin. İstifadə etmə zamanı məhlulu ibtidai konsistensiyasının saxlanması üçün daimi qarışdırmaq lazımdır. Məhlula suyun təkrar əlavə olunması qadağandır.

Penekrit: Quru qarışıq maddəni su ilə aşağıdakı proporsiyada qarışdırın: 200 qram suyu «Penekrit» materialının 1 kq və ya suyun 1 hissəsi həcminə görə «Penekrit» materialının 4 hissəsinə qarışdırın. Suyu quru maddəyə tökürlər (əksinə isə - yox). 1-2 dəqiqə ərzində əl ilə və ya beton qarışdırıcı qurğu ilə qarışdırın. Hazırlanan qarışıq maddənin görünüşü – qatı, plastilinəoxşar, rahat yerləşdirilən məhluldur. Məhlulun elə miqdarını hazırlamaq lazımdır ki, 30 dəqiqə ərzində istifadə edilsin. İsitfadə etmə zamanı məhlulu daimi qarışdırırlar. Məhlula suyun əlavə tökülməsi qadağandır.

Peneplaq: Quru maddənin bir ovucunu su ilə aşağıdakı proporsiyada qarışdırın: 150 qram suyu «Peneplaq» materialının 1 kq («Vaterplaq») və ya suyun 1 hissəsini “Peneplaq” materialın 6 hissəsinə («Vaterplaq» materialın 5 hissəsi) həcminə görə qarışdırın. Suyun optimal temperaturu +20 C tərtib edir. Axmanın fəallığından asılı olaraq proporsiyalar dəyişilə bilər. Əgər axma güclüdürsə, maddəyə əlavə edilən suyun miqdarını aşağıdakı proporsiyaya qədər azaltmaq olar: suyun 1 hissəsi «Peneplaq» materialının həcminə görə 7 hissəsinə («Vaterplaq» materialının 6 hissəsi) qarışdırılır. Məhlulun xarici görünüşü – «quru torpaqdır». Məhlulun elə miqdarını hazırlamaq lazımdır,ki 1 dəqiqə («Peneplaq» materialı üçün) və 2 dəqiqə ərzində («Vaterplaq» materialı üçün) istifadə edilsin, çünki məhlullar çox tez qarışır.Vaterplaq)

Penebar: Material istifadə üçün hazırdır.

Penetron Admiks: Material beton qarışığına su məhlulu kimi əlavə olunur. Əlavənin miqdarını zəif məhlulun yaradılması üçün qarışdırmaq lazımdır (suyun 1 hissəsi quru maddənin çəkisinə görə 1,5 hissəsinə əlavə olunur). Suyu quru maddəyə tökmək (əksinə isə - yox). Xırda dövriyyəli drel ilə 1-2 dəqiqə qarışdırmaq lazımdır. “Penetron Admiks” materialının məhlulunun miqdarını elə hazırlamaq lazımdır ki 5, dəqiqə ərzində istifadə edilsin.

Konstruksiyaların beton elementlərinin hidroizolyasiyası.

Penetron sisteminin materiallarının qoyulmasından əvvəl beton səthini hazırlamaq lazımdır.

Şaquli və üfüqi (o cümlədən, tavanlı) beton səthlərini suyun kapillar filtrləşdirilməsinin aradan qaldırılması üçün “Penetron” materialının məhlulu ilə emal etdirmək lazımdır.

 Səthin hazırlanmasından sonra «Penetron» materialının məhlulunu iki laya sintetik lifli fırça ilə və ya gərilmiş məhlul nasosu ilə işlənir. “Penetron” materialının birinci layını yaş betona işləyirlər. İkinci layı isə təzə layın üstünə vururlar. İkinci layın salınmasından əvvəl səthi sulamaq lazımdır.

 Diqqət! “Penetron” materialının salınması bütün səth üzrə, açıq yer qalmadan həyata keçirilməlidir.

«Penetron» materialının midqarı iki layla işlənərsə quru maddə ilə hesablandıqda 0,8 кг/м2-dan 1,1 кг/м2 təşkil edir. “Penetron” materialının miqdarının artması artması 0,8 кг/м2 - 1,1 кг/м2 əyri səthlərdə müşahidə oluna bilər.

Diqqət! Bütün çattaqları, tikişləri, qoşmaları, bitişikləri kommunikasiyaların daxil olmaları «Penekrit» materialının istifadəsi ilə izolyasiya etmək lazımdır. Axınların mövcud olması ilə «Peneplaq» və ya «Vaterplaq» materialından istifadə etmək lazımdır.

Təhlükəsizlik üzrə tədbirlər: Bütün işləri rezin əlcəklərdə və eynəklə həyata keçirtmək lazımdır. Məhsulun tərkibində portlandsement var, gözləri və dərini zədələyə bilər. Qarışdırma zamanı dəriyə və ya gözə düşsə - tez su ilə yumaq lazımdır.

Çattaqların, tikişlərin, qoşmaların, bitişiklərin hidroizolyasiyası.

Penetron sisteminin materiallarını işlədərkən beton səthini hazırlamaq lazımdır.

Suyun çattaqlardan, tikişlərdən, qoşmalardan, bitişiklərdən, kommunikasiyaların daxil edilməsindən filtrləşdirilməsinin aradan qaldırılması üçün hidroizolyasiya işlərini “Penekrit” və ya “Penebar” materiallarının istifadə edilməsi ilə həyata keçirilir. Çattaqların hidroizolyasiyası təkçə “Penekrit” materialının köməyi ilə həyata keçirilir. “Penekrit” materialının istifadəsi ilə işlər həm yeni tikinti dövründə, həm də təmir işlərinin həyata keçirilməsi prosesində istismar edilən qurğuda həyata keçirilir, «Penebar» hidrosalınmanın istifadəsi yalnız betonlaşdırma prosesində tikilən monolitli konstruksiyalarda mümkündür.

Penekrit
Hazırlanan ştrabanı sulamaq və “Penetron” materialının məhlulu ilə bir layla örtmək lazımdır. «Penetron» materialının xərci quru maddə ilə hesablayaraq 0,1 кг/м.п. tərtib edir, ştrabanın həcmi 25х25 мм az olmamalıdır. Hazırlanan ştrabanı şpatelin və ya şnekli nasosun köməyi ilə “Penekrit” materialının məhlulu ilə doldurmaq lazımdır. “Penekrit” materialının məhlulunun layının qalınlığı bir dəfəyə 30 мм artıq olmamalıdır.

Daha da dərin ştrabanın doldurulmasında «Penekrit» materialının məhlulu bir neçə dəfə qoyulur. «Penekrit» materialının xərcinin azaldılması üçün 30х30 мм artıq kəsişli ştrabanın hidroizolyasiyasında “Penekrit” materialının xırda yuyulmuş şebenin daxil olunması 50% qədər həcminə görə icazə verilir (fraksiya 5-10 мм). “Penekrit” materialı ilə doldurulmuş ştrabanı və ona yaxın olan sahələri sulamaq və “Penetron” materialı ilə iki layla emal etmək lazımdır.

“Penekrit” materialının məsrəfi quru maddəyə hesablayaraq 25×25 мм ştrabasında 1,5 кг/p.м tərtib edir. Nəzərə almaq lazımdır ki, ştrabanın kəsişinin artırılmasında “Penekrit materialının xərci proporsional sürətdə dəyişilir.

Penebar
“Penebar” hidrosalınmanın istifadəsi ilə işlərin həyata keçirilməsindən əvvəl antiaqdeziya kağızını çıxartmaq lazımdır. “Penebarı” beton səthinə kip qoymaq, bərkidici torun və 40-50 мм uzunluqlu, 250-300 mm addımı ilə dyubellərin köməyi ilə bərkitmək lazımdır. Salınmaları bir-biri ilə sıx birləşdirmək, onların ucları 45º daimi layın yaradılması üçün kəsilməlidilər. Bütün qilzaları, hansılardan kommunikasiyaların daxil olunması nəzərdə tutulur, hansılar konstruksiyanın qoruyucu elementlərindən keçirlər, “Penebar” hidrosalınma ilə yapışqan tərəfi ilə qilzanın səthinə emal etmək lazımdır, qilzanın səthi quru və təmiz olmalıdır.

“Penebar” hidrosalınmanın montajını opalubkanın quraşdırılmasından əvvəl həyata keçirtmək lazımdır.. “Penebarın” konstruksiyanın qıraqlarına qədər məsafəsi 50 mm az olmamalıdır.

“Penebar” hidrosalınmanın sulu beton səthinə qoyulması mümkündür. İşin əvvəlində suyun həddindən artıq çox olan miqdarını beton səthindən çıxardırlar.

Kommunikasiyaların daxil olunmasının yerlərinin hidroizolyasiyasının təmirində “Penebar” hidrosalınmadan “Penetron” və “Penekrit” materialları ilə birgə istifadə etmək lazımdır.

Təhlükəsizlik üzrə tədbirlər: Bütün işləri rezin əlcəklərdə və eynəklə həyata keçirtmək lazımdır. Məhsulun tərkibində portlandsement var, gözləri və dərini zədələyə bilər. Qarışdırma zamanı dəriyə və ya gözə düşsə - tez su ilə yumaq lazımdır.

Axmaların ləğv olunması

Penetron sisteminin materiallarını işləməmişdən əvvəl beton səthini hazırlamaq lazımdır.

Fəal fəvvarəli axmaları ləğv etmək lazımdır “Peneplaq” və ya “Vaterplaq” materiallarının istifadə olunması ilə. Bu materialların məhlulları qısa müddətlə xasiyyətlənir, ona görə işi tez yerinə yetirmək lazımdır.

Axma boşluğunun hazırlanmasından sonra “Peneplaq” və ya “Vaterplaq” materialının məhlulunu maksimal güvvə ilə axma boşluğuna salmaq lazımdır. Beton səthinin temperaturundan və suyun filtrasiyasının güvvəsindən asılı olaraq bu təzyiq 40 saniyədən az davam edəcək. “Peneplaq” materialının istifadəsi ilə, “Vaterplaq” materialının istifadəsi ilə təzyiq 2 dəqiqə davam edəcək.

Suyun və səthin temperaturu necə də aşağı olsa da, məhlulların tutulması gec baş verir. Uzun vertikal çatlardan axmaların ləğv olunmasında (tikişlər, çatlar, bitişiklər) işi çatın ən yüksək nöqtəsindən başlamaq lazımdır (tikişdən, birləşmədən, qoşmadan, bitişikdən, kommunikasiyaların daxil olunmasından).

Materialın məhlulu ilə axmanın təkçə yarısı örtülür, tam doldurulmasından sonra məhlulun qalıqları istisna edilir. “Vaterplaq” materialından istifadə etmə zamanı dayandırılmış axmanın boşluğunu “Penetron” materialının məhlulu ilə emal etdirmək lazımdır. “Peneplaq” materialından istifadə edərkən belə emal tələb olunmur.

İstifadə edilən materialdan asılı olmayaraq axma boşluğunun qalan həcmini “Penekrit” materialı ilə doldurmaq lazımdır. Axma boşluğunu və ona yaxın olan sahələri sulamaq, “Penekrit” materialı ilə emal etmək lazımdır. “Penekrit” ilə doldurulmuş axma boşluğunu və ona yaxın olan sahələri nəmləşdirmək və “Penetron” materialı ilə iki laylı emal etdirmək lazımdır.

 “Peneplaq” və “Vaterplaq” materiallarının miqdarı quru maddə olaraq hesablandıqda 1,9 кг/дм3 təşkil edir.

Təhlükəsizlik üzrə tədbirlər: Bütün işləri rezin əlcəklərdə və eynəklə həyata keçirtmək lazımdır. Məhsulun tərkibində portlandsement var, gözləri və dərini zədələyə bilər. Qarışdırma zamanı dəriyə və ya gözə düşsə - tez su ilə yumaq lazımdır.