• Hidroizolyasiya
    • Penetron Haqqında
    • Tətbiq qaydaları
    • Tətbiq sahələri
  • Lokalizasiya
    • ->
      • ->
        • Yunanıstan (Ελλάδα)
        • Latviya (Latvija)
        • Vyetnam (Việt Nam)
        • Çexiya (Česká)
        • Almaniya (Deutschland)
        • Macarıstan (Magyar)
        • Cənubi Koreya (한국어)
      • Ukrayna (Україна)
      • Polşa (Polska)
      • Portuqaliya (Portuguese)
      • Italiya (Italia)
      • Gürcüstan (საქართველო)
      • Böyük Britaniya (UK)
    • Rusiya (Россия)
    • ABŞ (USA)
    • Türkiye (Türkiye)
    • Belarusiya (Беларусь)
    • Qazaxstan (Казахстан)
    • Moldova (Moldova)
  • Məhsullar
    • Penetron
      • Penetron Datasheet
    • Penetron Admix
      • ADMİX datasheet
    • Vaterplaq
      • Vaterplaq Datasheet
    • Penebar
      • Penebar Datasheet
    • Penekrit
      • Penekrit Datasheet
    • Inyeksiya və Təmir materialları
  • Video materiallar
  • Layihələr
  • Əlaqə
  • Bloq
  • Haqqımızda
Open
Penetron - Hidroizolyasiya MateriallariPenetron - Hidroizolyasiya MateriallariPenetron - Hidroizolyasiya MateriallariPenetron - Hidroizolyasiya Materiallari
Menu
  • Hidroizolyasiya
    • Penetron Haqqında
    • Tətbiq qaydaları
    • Tətbiq sahələri
  • Lokalizasiya
    • ->
      • ->
        • Yunanıstan (Ελλάδα)
        • Latviya (Latvija)
        • Vyetnam (Việt Nam)
        • Çexiya (Česká)
        • Almaniya (Deutschland)
        • Macarıstan (Magyar)
        • Cənubi Koreya (한국어)
      • Ukrayna (Україна)
      • Polşa (Polska)
      • Portuqaliya (Portuguese)
      • Italiya (Italia)
      • Gürcüstan (საქართველო)
      • Böyük Britaniya (UK)
    • Rusiya (Россия)
    • ABŞ (USA)
    • Türkiye (Türkiye)
    • Belarusiya (Беларусь)
    • Qazaxstan (Казахстан)
    • Moldova (Moldova)
  • Məhsullar
    • Penetron
      • Penetron Datasheet
    • Penetron Admix
      • ADMİX datasheet
    • Vaterplaq
      • Vaterplaq Datasheet
    • Penebar
      • Penebar Datasheet
    • Penekrit
      • Penekrit Datasheet
    • Inyeksiya və Təmir materialları
  • Video materiallar
  • Layihələr
  • Əlaqə
  • Bloq
  • Haqqımızda

+994 55 513 33 33

© 2018 Penetron All Rights Reserved . Powered By Pynex

Hidroizolyasiya Nədir? Beton Hidroizolyasiyası Xidməti

Dəmir-beton konstruksiyalar istismar dövründə müxtəlif amillərin (su, dəniz suyu, kanalizasiya, sənaye tullantıları, atmosfer təzyiqi) təsirinə məruz qalır. Konstruksiyanın istismar zamanı hidroizolyasiya işlərinin əvvəlcədən düzgün şəkildə aparılması vacib amillərdəndir. Onların düzgün şəkildə hidroizolyasiya olunmaması konstruksiyanı müxtəlif amillərin təsirindən zədələyir və eləcədə konstruksiyanın uzunömürlüyünü aşağı salır. Buna görə də qurğuların layihələndirilməsi və inşası zamanı müxtəlif amillərin təsirindən qorumaq üçün və eləcədə suyun konstruksiyanın daxilinə keçərək onu müəyyən müddətdən sonra zədələməməsi üçün sukeçirməzliyini təmin etmək vacibdir.

Hidroizolyasiya işlərini həyata keçirən zaman isə qurğuları əsasən sudan, atmosfer təzyiqindən, ultrabənövşəyi şüalardan qorumaq üçün düzgün hidroizolyasiya materialının seçilməsi ən vacib şərtdir. Ümumiyyətlə, hidroizolyasiya konstruksiyaların suyun təsirlərindən qorunması üçün həyata keçirilən qoruyucu proseslərdir. Hidroizolyasiya konstruksiyaların öz keyfiyyətini uzun müddət qoruyub saxlamasına imkan verir, sağlamlığımız üçün təhlükəli olan kiflənmənin meydana gəlməsinin qarşısını alır.

İzolyasiyanın aşağıda göstərilən növləri var:

–  Sürmə izolyasiya
–  Membran izolyasiya
–  Nüfuzedici izolyasiya

Yüksək dərəcədə süzməyə qarşı müqavimət göstərən hidroizolyasiya materiallarının tətbiqi ilə yeraltı və sualtı qurğuların (zirzəmi, şaxta), hidrotexniki qurğuların (kanal, rezervuar) divarlarına suların keçməsinin qarşısının alınması təmin olunur. Yuxarıda göstərilən problemlərin birdəfəlik həlli üçün tikinti işlərində məhz nüfuzedici izolyasiya növündən geniş şəkildə istifadə olunur.

Nə üçün nüfuzedici izolyasiya?

Nüfuzedici izolyasiya tikilməkdə olan qurğularda istifadə olunduğu kimi, mövcud dəmir-beton qurğularda da tətbiq edilir. Nüfuzedici izolyasiyanın istifadə sahələri kimi hər növ tikintilərin bünövrəsini, su anbarlarını, su çənlərini, bəndləri, tunel və şaxtaları, zirzəmi sahələrini, neft məhsulları saxlanılan yerləri, metropoliteni, kanalizasiya kollektorlarını, tüstü borularını və bacalar, körpü tikililərini, nasos stansiyalarını, mülkü müdafiə və fövqəladə hallar tikililərini, gəmi təmir olunan yerlərdəki (tərsanələr) beton tikililəri və s. göstərmək olar.

Nüfuzedici izolyasiya materialı “PENETRON” suyun istiqamətindən asılı olmayaraq betonun daxilinə nüfuz edərək ona unikal hidroizolyasiya keyfiyyəti qazandırır. Nüfuzedici izolyasiyadan istifadə edildikdə materialın tərkibindəki aktiv ionlar konstruksiyanın dərinliyinə nüfuz etməklə betonun dakilindəki metal oksidlərin ionları ilə reasiyaya girərək, suda həllolunmayan iynəvari kristallar əmələ gətirir, hidroizolyasiya qabiliyyətini daha da artırır.

Qeyd edilən izolyasiya növü betonun daxilinə nüfuz edərək betonun tərkib hissəsinə çevrilir, betonun su keçirmə əmsalını ilkin mərhələdə 6-8 atm qaldırır və eyni zamanda möhkəmliyini 10 vahid qədər artırır, betonda izolyasiya qatı yaratmır yəni izolyasiya mexaniki zərbələrdən zədələnmir, izolyasiya özü-özünü müalicə edir (0.4 mm-ə qədər olan çatlaqlar bizdən qeyri-iradi olaraq birləşir), bu növ izolyasiya betonun tərkib hissəsinə çevrildiyindən betonun ömrü qədər işlənir. Bu da suların, qrunt sularının betona keçməsinin qarşısını birdəfəlik almış olur.

Bu tipli materiallar dəmir beton konstruksiyalarda istifadə olunduğu zaman dəmir-beton konstruksiya müxtəlif təsirlərə qarşı tam davamlı olur və izolyasiya işlərinə betonun ömrü qədər zəmanət verilir. Bu izolyasiya növü yüksək sukeçirməməzlik, suyadayanıqlıq, fiziki-kimyəvi dayanıqlıq, suudmazlıq kimi keyfiyyət göstəriciləri ilə digər izolyasiya növlərindən fərqlənir. Belə hidroizolyasiya materialının tətbiqi inşaat konstruksiyaların sudan və digər təsirlərdən müdafiəsini təmin etməklə onların uzunömürlülüyünü artırır. Penetron hidroizolyasiya materiallarından tikilməkdə olan, eləcə də, mövcud konstruksiyaların hidroizolyasiyasında istifadə etmək olar.

Belə ki, tikilməkdə olan konstruksiyaların hidroizolyasiyasını və korroziyadan mühafizəsini təmin etməkdən ötrü bir başa tikinti meydançasında betona qatqı kimi istifadə olunan admiks materialından istifadə etmək olar. Admiks materialı betonda istifadə olunan sementin 1 %-i qədər qatılır. Hər bir kq-a 680 qr su əlavə etmək lazımdır. Qatqı su ilə qatılandan sonra beton maşınında 5-7 dəqiqə qarışdırılır. Hazır qatqılı beton lazımi sahədə istifadəyə tam hazır olmuş olur.

Mövcud konstruksiyalarda isə “Penetron” materialından istifadə olunur. Bu zaman beton səth sement südündən təmizləndikdən sonra tam nəmlənmiş səthə “Penetron” materialı çəkilir. Konstruksiyada yaranmış işçi kəsişmələr həcmi çökməyən “Penekrit” materilı ilə işlənilir. Beləliklə, dəmir-beton konstursiya tam hidroizolyasiya olunmuş olur və digər mühafizə tədbirlərinə ehtiyac qalmır.

Share this post

© 2018 Penetron All Rights Reserved . Powered By Pynex