Su izolyasiyası hidroizolyasiyanın bir növü olub, hər hansı bir obyekt və strukturun bütövlükdə və ya onun hər hansı bir hissəsinin suyun mənfi təsirlərindən qorunması deməkdir. Su izolyasiyası yaş mühitlərdə və sualtı obyektlərdə taxta, metal, kərpic və bu kimi bir çox materialların qorunması üçün geniş şəkildə istifadə olunur.
Su izolyasiyası strukturların, binaların zamanla suyun təsirindən aşınmasının, zərər görməsinin qarşısını almaqda son dərəcə önəmli rol oynayır və daha sağlam, dözümlü, uzun ömürlü və təhlükəsiz mühit yaradır. Xüsusilə, zəlzələ bölgələrində suyun yaratdığı aşınmalar binalar və ətrafdakı həyat üçün ciddi təhlükə yaratdığından bu ərazilərdə su izolyasiyasının önəmi daha da artır.
Su izolyasiyasının ən əhəmiyyətli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, su izolyasiyası nəm mühitdə yaranan və insan sağlamlığına böyük təhlükə yaradan bakteriya və bir çox mikroorqanizmlərin qarşısını alır.
Müasir dövrdə tikililərin iqtisadi cəhətləri, onlara çəkilən xərclər qarşılığında obyektlərin uzun ömürlü olması mühüm əhəmiyyət kəsb edir. Su izolyasiyasının tətbiq olunması tikililərin daha davamlı olmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, su izolyasiyası binaların tikintisi üçün çəkilən xərclərin cəmi üç faizini təşkil edir. Bu da onu göstərir ki, kiçik xərclər qarşılığında binaların uzun ömürlülüyünün təmin olunmasında su izolyasiyasından istifadə son dərəcə effektiv üsuldur.
Terras və damlar, döşəmələr, divarlar, fasadlar su izolyasiyasının əsas tətbiq obyektləridir. Su izolyasiyası evlərin tikintisi zamanı tətbiq oluna bilir. Bununla yanaşı, tikintisində izolyasiyadan istifadə olunmamış evlərin zirzəmisində və digər hissələrində izolyasiya prosesinin sonradan tətbiq olunması da mümkündür.
Şirkətimiz bütün hidroizolyasiya işlərində olduğu kimi, su izolyasiyasında da standartlara uyğun, yüksək keyfiyyətli işlər təklif edir. Təlim görmüş və uzun müddətli iş təcrübəsinə malik komandamız istənilən tikilinin və ya strukturun su izolyasiyası işlərini həyata keçirmək qabiliyyətindədir.