AZ | RU




SON XƏBƏRLƏR










  P e n e t r o n - nəmişliyə son!


Unikal hidroizolyasiya materialı olan Penetron məhsulları qeyri-adi imkanlara malikdir. Penetron məhsulları: “Penetron”, “Penekrit”, “Peneplaq”, “Vaterplaq” və “Penetron Admiks”. Bu məhsullar kvars qumu, aktiv kimyəvi əlavələr və xüsusi sementin qarışığından ibarət quru tikinti materialıdır. Hər birinin öz istifadə sahəsi var. Penetrondan istifadənin sadəliyi onun etibarlılığının qarantıdır. Tikintidə onlardan kompleks istifadə olunmalıdır. Bu materiallardan mövcud və tikilməkdə olan monolit və çatadavamlı I və II kateqoriyalı yığma beton konstruqsiyaların hazırlanmasında və ya bərpasında hidroizoyasiya materialı kimi istifadə olunur və tikintinin şaxtaya, korroziyaya və kimyəvi təsirlərə davamlılığı, möhkəmliyi və uzunömürlülüyü artır.

Əgər evinizin və ya mənzilinizin divarlarının nəm çəkməsini istəmirsinizsə zirzəminizin quru olmasını istəyirsinizsə, binanın bünövrəsinin qrunt suları tərəfindən yuyulmasını, yaxud betonun deşilməsini istəmirsinizsə penetrondan istifadə edin. Əgər evinizin beton divarında çat əmələ gəlibsə, Penetronla onu doldursanız əvvəlkindən də möhkəm və davamlı olacaq. Penetron məhsulları markası 100-dən yuxarı və qalınlığı 5 sm-dən qalın olan betonlar üçün nəzərdə tutulur. Penetron məhsulları yalnız nəm səthə, yaxud təzəcə tökülmüş beton səthlərə çəkilir və ya betona qatılır. Beton tikilinin hansı tərəfdən nəm çəkməsindən asılı olmayaraq həm bayır, həm də içəri tərəfindən istifadə oluna bilir.

Penetron məhsulların istifadə sahələri: hər növ tikintilərin bünövrəsi (himi), su anbarları, su çənləri, hovuzlar, tərəvəz saxlanılan quyular, xəndəklər, bəndlər, tunellər və şaxtalar, zirzəmi sahələri, istehsalat sahələri (zavod, fabrik, sexlər), ərzaq məhsullar saxlanılan yerlər, tikililər, neft məhsulları saxlanılan yerlər, yeraltı qarajlar, metropoliten, kanalizasiya kollektorları, tüstü boruları və bacaları, körpü tikililəri, nasos stansiyaları, beton bəndlər, hidrotexniki qurğular, tunellər, təmizləyici qurğular, yeraltı tikililər, radiasiya təsirinə məruz qalmış beton tikililər, kimyəvi təsirlərə məruz qalmış beton tikililər, mülki müdafiə və fövqəladə hallar tikililəri, gəmilərin sahilə bağlanma yerləri, sahil bəndləri, gəmi təmir olunan yerlərdəki ( tərsanələr) beton tikililər.

Penetron məhsulları tam təhlükəsizdir, toksiki deyil, yanmır, partlamır, etiketdəki istehsal vaxtından 18 aya qədər saxlamaq mümkündür. Əgər tikintiyə başlamamısınızsa, betona Penetron-Admiks qatın. Əgər beton çat veribsə və oradan su axırsa, suyun axma istiqamətindən asılı olmayaraq çatları və deşikləri bağlamaq üçün Penetronla yanaşı Vaterplaq və Penekritdən də istifadə edilməlidir.

 
Beton + Penetron etibarlılıq və inam düsturudur.